Əməkdaşlıq güclənir
28.02.2025 [10:58]
Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı ilə münasibətlər mühüm yer tutur
Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı ilə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Fevralın 26-da xarici işlər naziri Ceyhun Bayramovun bu ölkəyə rəsmi səfəri də bu faktı təsdiqləyir.
Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, XİN başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli və çoxtərəfli münasibətlər gündəliyində duran, habelə qarşılıqlı maraq doğuran digər məsələlər, həmçinin regional, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Yaxın Şərqdə vəziyyət müzakirə olunub.
Tərəflər ölkə rəhbərləri arasında qarşılıqlı hörmət və təmasların münasibətlərə xüsusi təkan verdiyini vurğulayıblar. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mədəni yaxınlığın, tarixi dostluq münasibətlərinin, qarşılıqlı hörmət, dəstək və anlaşmanın əməkdaşlığın inkişafına təkan verdiyini, belə səfər və təmasların mövcud əməkdaşlığın daha da gücləndirilməsi imkanlarının müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, energetika, humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın fəaliyyətinə toxunulub, sözügedən Komissiyanın müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib platforma olduğu qeyd edilib.
Görüşdə nazirlər alternativ enerji istehsalı sahəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Bununla yanaşı, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb. Ölkəmizin COP29-a sədrliyinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib, bu xüsusda yaşıl enerji, ətraf mühitin qorunması sahələri üzrə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb. Minasızlaşdırma fəaliyyətində Səudiyyə Ərəbistanının verdiyi dəstəyə görə təşəkkür edilib.
Söhbət zamanı Qəzza ətrafında vəziyyət barədə də fikir mübadiləsi aparılıb, Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər nəzərdən keçirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

