Naqif Həmzəyev: Sosial rifah dövlət siyasətinin strateji xəttidir
04.09.2019 [09:30]
“2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət etdi”. Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, uğurlu sosial islahatlar proqramı əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verdi. Problemli kreditlərin həlli istiqamətində məlum sənəd imzalandı, maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırıldı. Bundan sonra ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıldı: “Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verdi. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”.
Millət vəkili deyib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlət başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Artıq Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır.
“Dövlət qayğısının yüksək nümunəsi kimi sosial təminatda daha bir addım - Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara uyğun olaraq, 1 sentyabr 2019-cu il tarixindən minimum əməkhaqqının 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılması, dövlət sektorunda çalışanların əməkhaqlarının 20-50 faiz artımı da öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək. Sevindirici haldır ki, hər bir Azərbaycan vətəndaşı dövlət başçısının daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Bu gün tam əminliklə demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir və dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə Naqif Həmzəyev qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48

