Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək
10.03.2025 [14:24]
Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək.
AZƏRTAC-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.
Belə ki, sözügedən Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilmişdir. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulmuşdur və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.
Eyni zamanda Qanunun 16-4.5-ci maddəsinə münasibətdə, bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımının 2025-ci il yanvarın 1-dən etibarən başlanılması nəzərdə tutulub.
Yuxarıda göstərilənləri nəzərə alaraq icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.
Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq. Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

