Aqrar sahənin inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir
26.05.2026 [14:25]
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da daim xüsusi diqqət və qayğı göstərilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, kənd yerlərində məşğulluğun artırılması və fermerlərin rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, subsidiyaların verilməsi, aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi, suvarma və infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin məhsuldarlığın artırılmasına yönəlmiş tədbirlər ardıcıl şəkildə davam etdirilir. Görülən işlər nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, ixrac potensialının güclənməsinə və kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezidenti İlham Əliyevin müşavirədə etdiyi geniş çıxış ölkəmizdə aqrar sahənin inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı çıxışında son illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, regional inkişaf proqramları, əldə olunan nəticələr və qarşıda duran əsas vəzifələr barədə ətraflı danışdı.
Prezident İlham Əliyev vurğuladı ki, hələ 2004-cü ildə qəbul edilən ilk Regional İnkişaf Proqramı kənd təsərrüfatının və bölgələrin inkişafında mühüm rol oynayıb. Sonrakı illərdə qəbul edilən bir neçə regional inkişaf proqramı nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, kəndlərin siması dəyişib, məşğulluq artıb və insanların rifah halı yüksəlib.
Dövlət başçısı çıxışında vurğuladı ki, hələ 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının əsas istiqamətlərindən biri məhz kənd təsərrüfatının inkişafı olmuşdur. Bu yanaşma nəticəsində ölkədə kənd yollarının yenilənməsi, elektrik təminatının yaxşılaşdırılması, su anbarlarının tikilməsi, suvarma sistemlərinin genişləndirilməsi və aqrar infrastrukturun gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir. Bu isə kənd təsərrüfatının sistemli və davamlı inkişafına şərait yaratmışdır.
Müşavirədə təqdim olunan inkişaf perspektivləri aqrar sahədə yeni transformasiya mərhələsinin başlandığını göstərir. Əsas məqsəd resurslardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və rəqabətqabiliyyətli kənd təsərrüfatının formalaşdırılmasıdır. Bu transformasiyanın əsas istiqamətləri resurs səmərəliliyi, yüksək əlavə dəyərli istehsal, bazar inteqrasiyası, texnologiya və innovasiya əsaslı inkişaf modelinə keçid kimi müəyyənləşdirilib. Bu yanaşma kənd təsərrüfatının ənənəvi istehsal sahəsindən daha müasir, rəqəmsallaşmış və ixracyönümlü sektora çevrilməsinə xidmət edir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında mühüm rol oynamışdır. Bununla yanaşı, ölkədə buğda istehsalının və özünü təminetmə göstəricisinin artırılmasının vacibliyi vurğulanmış, ərzaq təhlükəsizliyi baxımından daxili istehsalın gücləndirilməsinin əsas hədəflərdən biri olduğu bildirilmişdir.
Dövlətimizin başçısı digər dənli bitkilər, kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə istehsalı sahəsində vəziyyətin ümumilikdə müsbət olduğunu qeyd etmiş, xüsusilə fındıqçılıq sahəsində əldə olunan uğurları diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan hazırda qoz-fındıq istehsalı üzrə dünyada qabaqcıl yerlərdən birini tutur.
Çıxış zamanı heyvandarlıq məhsulları, quşçuluq, balıqçılıq, bitki yağları, çayçılıq, şəkər və digər məhsullar üzrə təminat göstəriciləri açıqlanmış, investorlar idxal olunan məhsulların ölkə daxilində istehsalına töhfə verməyə dəvət edilmişdir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə aqrar sektorun dayanıqlı və müasir əsaslarla inkişafını hədəfləyən strateji əhəmiyyətli sənəddir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın kənd təsərrüfatı sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyacağına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənəcəyinə, aqrar sektorun dayanıqlı inkişafının təmin olunacağına və regionların sosial-iqtisadi inkişafının davamlı xarakter alacağına əminlik ifadə olunub.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55

