Samuxda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib
26.05.2026 [16:12]
Mayın 26-da Sərkar ərazi partiya təşkilatında YAP Samux rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar UMM-nin birgə təşkilatçılığı və partiya fəallarının iştirakı ilə 28 May-Müstəqillik Günü münasibətilə “Şərqin ilk demokratik respublikası” mövzusunda tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 28 May-Müstəqillik Gününə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, dövlətçilik ənənələrinin formalaşması və müasir Azərbaycanın inkişaf yolu əks olunub.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində silinməz iz qoyub, milli dövlətçilik ənənələrinin əsasını formalaşdırıb. G.Bayramov vurğulayıb ki, Azərbaycan xalqının müstəqillik arzusu heç zaman sarsılmayıb və 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə bu arzu yenidən gerçəyə çevrilib. Lakin həmin dövrdə ölkədə hökm sürən xaos, siyasi böhran və parçalanma təhlükəsi dövlət müstəqilliyini ciddi təhdid altında qoymuşdu. Məhz belə bir mürəkkəb zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyaraq ölkəmizi sabitlik və inkişaf yoluna çıxarıb. Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi sahələrdə böyük uğurlara imza atıb. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Azərbaycanın tarixində yeni şanlı səhifə açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək xalqımıza tarixi Zəfər sevincini yaşadıb. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını reallığa çevirib. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün müasir yaşayış məntəqələri salınır. Azərbaycanın əldə etdiyi bütün uğurlar dövlət-xalq birliyinin, milli həmrəyliyin və Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən Ulu Öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş musiqi nömrələri təqdim edilib, vətənpərvərlik ruhunda ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxİdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35

