Azərbaycan Ordusu: Müstəqilliyimizin və suverenliyimizin etibarlı təminatçısı
23.06.2026 [12:20]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq tarixini, dövlətçilik ənənələrini və müstəqilliyimizin etibarlı təminatçısı olan Azərbaycan Ordusunun şərəfli yolunu əks etdirən əlamətdar bayramdır. Hər il ölkəmizdə böyük qürur və təntənə ilə qeyd edilən bu bayram xalq ilə ordu birliyinin, vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin təcəssümüdür.
Qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan tarixi xalqımızın milli həmrəyliyi, mübarizə əzmi, ordu quruculuğunun inkişafı ilə seçilir. Təsadüfi deyil ki, yarandığı gündən qarşıya qoyulan hədəfləri yerinə yetirən, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycanın Şanlı Ordusu regionun və dünyanın ən güclü orduları sırasında özünə yer alıb.
Zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşən Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordumuz formalaşdırıldı. Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı, milli hərbi kadrlar hazırlandı. Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti sayəsində Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar atıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir övlad qədər dəyərli olduğunu qeyd edən dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyəti nəticəsində xalqımızın iftixarına çevrilən peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırıldı. Azərbaycan ordusunun müasir dövrün tələblərinə cavab verməsi üçün əlindən gələni edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev deyirdi: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər".
Azərbaycan Ordusunun qüdrəti xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində özünü bütün dünyaya nümayiş etdirdi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında böyük qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şanlı qələbə qazandı. Bu tarixi zəfər Azərbaycan xalqının birlik və həmrəyliyinin, ordumuzun peşəkarlığının və əsgərlərimizin fədakarlığının nəticəsi idi. Minlərlə hərbçimiz Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəldi, qazilərimiz isə qəhrəmanlıq salnaməsi yazdılar. Bəli, ölkəmizin müstəqilliyini, qüdrətini və ərazi bütövlüyünü müdafiə etməyə qadir olan, qüdrətli Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsimizə yeni şərəfli səhifələr yazdı. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun ən parlaq nəticəsi idi.
Azərbaycan Ordusunun sıralarında bu gün ölkəmizin qəhrəman oğulları, həyatını bu şərəfli peşəyə - Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər xidmət göstərirlər. Onlar Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Vətənin keşiyində ayıq-sayıq dayanıblar. Artıq Azərbaycan Ordusu çox güclüdür, çünki onun sıralarında vətənpərvər, xalqa, millətə, torpağa bağlı insanlar qulluq edirlər.
Ordu dövlətimizin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğuna, bu sahədə perspektiv vəzifələrə böyük diqqət yetirən Prezident İlham Əliyev fəliyyəti dövründə Azərbaycanın inkişafı, ordu quruculuğu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində böyük uğurlara imza atdı.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olub. Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırmaq, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət-ordu birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir.
Azərbaycan xalqı öz ordusu ilə fəxr edir və əmindir ki, Silahlı Qüvvələrimiz bundan sonra da ölkəmizin təhlükəsizliyinin, sabitliyinin və suverenliyinin keşiyində layiqincə dayanacaqdır.
Xəbər lenti
Hamısına baxElm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55

