Kamal Abdullayev: Azərbaycanda multikultural dəyərlər əsrlərdən bəri çox önəmli yerə malikdir
10.02.2016 [10:09]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə reallaşan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 9-da işini Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində davam etdirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tələbələr muzeyin ekspozisiyaları ilə tanış olublar. Muzeydə BBMM-in Drezden filialının icraçı direktoru Bircit Vaysgerber “Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi” mövzusunda mühazirə oxuyub. Mövzu qış məktəbi iştirakçılarının marağına səbəb olub. B.Vaysgerber tələbələrin suallarını cavablandırıb.
Həmin gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qış məktəbinin müdavimləri ilə görüş keçirilib. Görüşdə Komitənin sədri Mübariz Qurbanlı deyib ki, multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə də özünü göstərir.
Günün ikinci yarısında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb. Qış məktəbi iştirakçılarını salamlayan akademik müxtəlif ölkələrin müəllim, tələbə heyətini Bakıda görməkdən məmnunluğunu ifadə edərək deyib: “Biz sizin gəlişinizi uzun müddətdir ki, səbirsizliklə gözləyirdik. Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniya universitetlərinin tələbələrini səmimi qəlbdən salamlayıram. Portuqaliyadan gələn əziz qonaqlarımız bir daha sübut etdilər ki, tələbəliyin ömrü, müddəti olmur. Biz ömür boyu öyrənməyə məhkumuq. Bu gün Beynəlxalq Multikulturalizm qış məktəbinin ikinci günüdür və ümid edirəm ki, bu günlər sizin üçün maraqlı, yaddaqalan keçir. Azərbaycan Prezidenti İlham Əliyev ötən il keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin yekunları ilə tanış olandan sonra dedi ki, biz hökmən tələbələrimizi qış məktəbinə də dəvət etməliyik. Düşünürük ki, Azərbaycan haqqında nəzəri biliyə malik olduqdan sonra onu əyani şəkildə görmək o biliyə ciddi əlavələr etmək deməkdir. Mən burada xüsusilə yay məktəbinin iştirakçılarını da salamlamaq istərdim. Onlar artıq bir dəfə Bakıda olublar və mənə elə gəlir ki, biz növbəti yay məktəbində də qış məktəbinin bəzi iştirakçılarını görəcəyik. “Azərbaycan multikulturalizmi” fənni ilə tanışlıq bitəndən sonra da ümid edirəm ki, xarici tələbələrin Azərbaycandakı dostları ilə əlaqələri davam edəcək. Çünki bir azərbaycanlı təsəvvüründə dostluq bir ömür boyu sənə verilən nemətdir. Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da möhkəmlənsin. Biz inanırıq ki, Azərbaycana olan marağınız məhəbbətə çevriləcək, Azərbaycana olan məhəbbətiniz isə, eyni zamanda, qış məktəbində təmsil olunan o biri ölkələrə də sevgiyə çevriləcək. Əsl məhəbbət heç vaxt birtərəfli olmur. Bugünkü dünyamızın isə əsl məhəbbətə, mərhəmətə, şəfqətə çox böyük ehtiyacı var. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib. Bunun bizim üçün böyük əhəmiyyəti var. Əslində Prezident İlham Əliyev bununla dünyaya çox aydın bir mesaj göndərib. O, bu ili, eyni zamanda, insanların bir-birinə mərhəmət, şəfqət göstərməsi, bir-birinə münasibətinin xoş olması ili kimi qeyd edib. Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlər son dərəcə önəmli yer tutur. Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanır. İnanıram ki, ölkəmizdə olduğunuz 8-10 gün ərzində Azərbaycan multikulturalizmi haqqında təsəvvürlərə əyani şəkildə malik olacaqsınız. Eyni zamanda, qış məktəbinə xarici ölkələrdən gəlmiş müəllimlərimizi salamlayaraq onlara işlərində uğurlar arzulayıram. Qış məktəbi başladı və mən inanıram ki, bayırda qış olmağına baxmayaraq bizim ürəklərimizdə bahar istiliyi hökm sürəcək”.
Görüş çərçivəsində tələbələr Azərbaycanın milli icma rəhbərləri və üzvləri ilə tanış olublar.
Tədbirdə “Xudojestvennaya literatura” nəşriyyatının baş redaktoru, professor G.V.Pryaxin çıxış edərək qış məktəbinin əhəmiyyəti haqqında söhbət açıb.
Dövlət müşaviri görüşdə, həmçinin BBMM-in nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında qış məktəbi iştirakçılarına ətraflı məlumat verib və bu nəşrin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk kitab olduğunu bildirərək deyib: “Bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb. Burada klassik şair və yazıçılarımızın yaradıcılığı tamamilə yeni bir rakursda təqdim edilir. Bu baxımdan kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir.
Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu isə Prezident İlham Əliyevin dediyi “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir” sözlərinin əyani göstəricisidir”.
Şəhər gəzintisindən sonra tələbələr üçün “Azərbaycan sənədli filmləri axşamı”nın təşkili və bu tədbir çərçivəsində Əməkdar İncəsənət Xadimi, rejissor Ziya Şıxlinski ilə görüş nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

