Azərbaycanın kənd təsərüffatı yeni inkişaf mərhələsinə qədəm qoyur
01.06.2026 [16:02]
Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatı son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunun gələcək yol xəritəsini müəyyən edən növbəti tarixi hadisə oldu. Dövlət başçısının müşavirədəki dərindən əsaslandırılmış, analitik və proqram xarakterli çıxışı aqrar sektorun qarşısında duran strateji vəzifələri, mövcud qlobal çağırışları və onların həlli yollarını aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev öz çıxışında kənd təsərrüfatının ölkə üçün sadəcə bir iqtisadi sahə deyil, həm də sosial, demoqrafik və təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Bildirildi ki, 2004-cü ildən uğurla icra edilən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları çərçivəsində bölgələrdə infrastruktur tamamilə yenidən qurulub və kənd təsərrüfatının canlandırılması üçün möhkəm zəmin yaradılıb. Dövlətin aqrar sahəyə göstərdiyi sistemli dəstək, subsidiyaların verilməsi, vergi güzəştləri və lizinq xidmətləri bu sahəni daxili və xarici investorlar üçün cəlbedici məkana çevirib.
Dünyada iqlim dəyişikliyi, geosiyasi gərginliklər və tədarük zəncirindəki qırılmalar fonunda daxili bazarda ərzaq təhlükəsizliyinin təmin olunması müşavirənin ana xəttini təşkil etdi. Prezident qeyd etdi ki, Azərbaycan əsas kənd təsərrüfatı və qida məhsulları ilə özünü təminetmə səviyyəsini maksimum dərəcəyə çatdırmalıdır. Bu hədəfə çatmaq üçün idxaldan asılılığın azaldılması, yerli istehsalın stimullaşdırılması və rəqabətqabiliyyətli məhsul bolluğunun yaradılması əsas vəzifə kimi qarşıya qoyuldu.
Dövlət başçısı kənd təsərrüfatı sahəsinə göstərilən dəstək tədbirlərindən danışaraq bildirdi ki, subsidiya mexanizmləri, güzəştli kreditlər, gübrə və yanacaq subsidiyaları fermerlərin fəaliyyətinə ciddi dəstək verir. Aqroparkların yaradılması aqrar sahənin inkişafında mühüm rol oynayıb. Bunun nəticəsində bir sıra sahələrdə ciddi artım əldə olunub. Vaxtilə cəmi 20 min tona düşmüş pambıq istehsalı bu gün 360 min tondan çoxdur. Pambıqçılıqda məhsuldarlıq hektardan 1 tondan 3,6 tona yüksəlib və qarşıya hər hektardan ən azı 5 ton məhsul götürülməsi məqsədi qoyulub.
Prezident İlham Əliyev çıxışında ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət çəkərək bir sıra məhsullar üzrə özünütəminetmə göstəricilərini açıqladı. Bildirildi ki, Azərbaycan buğda ilə özünü cəmi 55 faiz təmin edir. Daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min tondur. Dövlət başçısı bu göstəricinin qəbuledilməz olduğunu bildirərək istehsalın artırılması üçün yeni tədbirlərin həyata keçiriləcəyini vurğuladı.
Dövlət başçısı son illərdə Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarların yaradıldığını, lakin əlavə 100 min tonluq anbar infrastrukturuna ehtiyac olduğunu vurğuladı. İstixana komplekslərinin sahəsinin hazırkı 1500 hektardan əlavə 500 hektar artırılması da qarşıya qoyulan əsas hədəflərdən biridir. Eyni zamanda, 20 min hektarda yeni intensiv bağların salınması nəzərdə tutulur.
Dövlət başçısının çıxışında ən mühüm çağırışlardan biri də kənd təsərrüfatında kəmiyyətdən keyfiyyətə — yəni intensiv inkişaf modelinə keçid ilə bağlı oldu. İndiki şəraitdə məhsuldarlığın artırılması əkin sahələrinin genişləndirilməsi hesabına deyil, elmi yanaşmaların, müasir aqrotexniki xidmətlərin və innovativ texnologiyaların tətbiqi sayəsində baş verməlidir. Prezident aqroparkların fəaliyyətinin səmərəliliyinin artırılmasını, yerli toxumçuluq və damazlıq təsərrüfatlarının inkişaf etdirilməsini tələb etdi.
Müşavirədə qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri və regional su qıtlığı məsələsi geniş müzakirə olundu. Prezident İlham Əliyev su resurslarından qənaətlə və səmərəli istifadə edilməsini qəti bir tələb kimi irəli sürdü. Magistral kanallarda su itkilərinin minimuma endirilməsi, müasir damlama və yağışyağdırma suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi torpaqların şorlaşmasının qarşısını almaq və yüksək məhsuldarlıq əldə etmək üçün yeganə çıxış yoludur. Bu sahədə dövlət qurumlarının əlaqəli fəaliyyəti və ciddi nəzarət mexanizmlərinin yaradılması tapşırıldı.
Azad edilmiş ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi Azərbaycan kənd təsərrüfatının yeni inkişaf mərhələsi kimi qiymətləndirildi. İşğaldan qurtulmuş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqları, zəngin su mənbələri ölkədə heyvandarlıq, taxılçılıq, bağçılıq və üzümçülüyün inkişafı üçün nəhəng imkanlar açır. Prezident bu ərazilərdə "ağıllı kənd" konsepsiyası çərçivəsində qurulan kənd təsərrüfatı infrastrukturunun bütövlükdə ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini vurğuladı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu müşavirə və dövlət başçısının proqram xarakterli çıxışı Azərbaycanın aqrar siyasətində yeni bir keyfiyyət mərhələsinin əsasını qoydu. Verilən tapşırıqlar yaxın gələcəkdə Azərbaycanda ekoloji təmiz, rəqabətqabiliyyətli və ixracayönümlü kənd təsərrüfatının formalaşmasını sürətləndirəcək, ölkəmizin iqtisadi qüdrətini və ərzaq müstəqilliyini daha da möhkəmləndirəcəkdir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

