15 İyun Milli Qurtuluş Günü – Müstəqil Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı
10.06.2026 [21:34]
Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyətə malik olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik salnaməsində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu tarixi gün Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması, siyasi sabitliyin bərpa olunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Milli Qurtuluş Günü xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını və Azərbaycanın ağır böhrandan xilas olmasını ifadə edir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət sonra ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkə daxilində hakimiyyət uğrunda mübarizə dərinləşir, idarəetmədə xaos və özbaşınalıq hökm sürürdü. 1993-cü ilin yayında isə vəziyyət daha da gərginləşərək vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı. Belə mürəkkəb və taleyüklü bir dövrdə Azərbaycan xalqı öz xilaskarını – böyük dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqın çağırışına cavab verən Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz həmin tarix sonralar Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpa olunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və milli həmrəyliyin təmin edilməsinə yol açdı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, qanunçuluq və ictimai asayiş bərpa edildi. Dövlət idarəçiliyində səmərəlilik artırıldı, ölkənin gələcək inkişafının əsasları yaradıldı.
Milli Qurtuluşun ən mühüm nəticələrindən biri Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması oldu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Azərbaycanın milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasəti beynəlxalq nüfuzunun artmasına səbəb oldu. 1994-cü ildə imzalanan və “Əsrin müqaviləsi” adlandırılan neft sazişi Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə, enerji sektorunun inkişafına və iqtisadi potensialın güclənməsinə şərait yaratdı. Sonrakı illərdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətlərindən birinə çevrildi.
Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar Milli Qurtuluş ideyalarının nə qədər möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirir. Xüsusilə 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması xalqımızın milli birliyinin və güclü dövlətçilik ənənələrinin təntənəsinə çevrildi. Bu gün Azərbaycan regionda söz sahibi olan, beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edən güclü və müstəqil dövlətdir. Əldə olunan bütün uğurların təməlində isə 1993-cü ildə başlanan Milli Qurtuluş yolu dayanır. Həmin dövrdə qəbul edilən mühüm qərarlar dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın qorunmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edib.15 İyun Milli Qurtuluş Günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də xalqımızın müstəqillik əzminin, dövlətinə və liderinə olan inamının təcəssümüdür. Bu əlamətdar gün Azərbaycan xalqının ən çətin məqamlarda birlik nümayiş etdirərək dövlətçiliyini qorumaq gücünə malik olduğunu göstərir.
Milli Qurtuluş Günü hər il ölkəmizdə böyük ehtiramla qeyd olunur. Bu tarix Azərbaycan xalqının yaddaşında dövlət müstəqilliyinin xilası, sabitliyin bərpası və inkişaf yolunun başlanğıcı kimi yaşayır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində əldə olunan nailiyyətlər bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir və gələcək nəsillər üçün əvəzsiz irs olaraq qalır. 15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycanın quruluşunda müstəsna rol oynamış tarixi hadisə kimi daim xatırlanacaq, xalqımızın dövlətçilik tarixində qürur mənbəyi olaraq yaşayacaqdır. Bu günün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan məhz həmin tarixdən etibarən güclü, sabit və inkişaf edən dövlət quruculuğu yoluna qədəm qoymuş, müstəqilliyini əbədi və dönməz etmişdir.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxGündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10

