30 ildə 5 milyon...
15.04.2022 [10:09]
Minalanmış torpaq sahəsinə görə Azərbaycan birinci yerdə ola bilər
Günel ABBAS
Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan prioritet məsələlərdən biri ermənilərin viran qoyduğu ərazilərimizin bərpası idi. Azərbaycan azadolunma prosesinin ilk günlərindən ərazilərdə bərpa və quruculuq işlərinə başlamışdı, proses qələbədən sonra daha da sürətləndi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə və sürətlə davam etdirilir.
Dövlət başçısı aprelin 13-də keçirilən müşavirədə bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarını bir daha vurğulayıb. Bildirib ki, əsas məsələ şəhərlərin Baş planları ilə bağlıdır. Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərinə başlamaq üçün isə ən vacib məsələ ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsidir. Prezidentin də qeyd etdiyi kimi minalardan təmizləmə hazırda ölkəmiz üçün prioritet məsələdir. Müşavirədə minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulduğu da diqqətə çatdırılıb. Qeyd edilib ki, bu məsələ həll olunmadan vətəndaşları o bölgələrə yerləşdirmək mümkün deyil.
Ölkə başçısı yeni texnikanın alınmasının təmin edildiyini, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazların alındığını da vurğulayıb. Bildirib ki, burada, beynəlxalq mütəxəssislərin dəstəyinə böyük ehtiyac var: “Bizim indi üç qurumumuz - ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar. Əlbəttə ki, bir müddət bundan əvvəl yerli şirkətlərin buraya cəlb olunması məsələsi müzakirə edilmişdi, bildiyimə görə, yerli şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm sahibkarlığın inkişafına təkan verəcək, - əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə prosesi uzunmüddətli olacaq, - eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz xidmətlərini təqdim edə bilərlər. Xarici şirkətlərə gəldikdə, onların təklifi, əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var. Ona görə mən hesab edirəm ki, üç dövlət qurumu ilə bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər yaxşıdır. Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin alınması da təmin edilməlidir”, - deyə prezident vurğulayıb.
Ötən gün verilən məlumata görə, artıq minadantəmizləmə işlərinin sürətləndirilməsi işlərində süni intellektdən istifadə edilir. Nəzərə alsaq ki, Qarabağda minaların sayı rekord həddədir, yeni texnikalardan istifadə olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, ermənilər 30 il ərzində Qarabağ ərazisində 4-5 milyon mina basdırıb. Minalanmış ərazilərin ümumi sahəsinin isə 350 kv. km-dən 830 kv. km-dək ola biləcəyi deyilir. Hətta bu rəqəmlərə görə, gələcəkdə aparılacaq statistika zamanı Azərbaycan minalanmış torpaq sahəsinə görə birinci yerdə olacaq. Belə ki, Mina və Kaset Sursatlarının Müşahidə Mərkəzinin 2018-ci il hesabatına görə, Türkiyə 164 kv.km ilə dünyada ən çox minalanmış əraziyə malik üçüncü ölkə olub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

