Azərbaycanda növbəti bir ilk
19.04.2022 [12:44]
"Hemofiliya və digər genetik xəstəliklərin aradan qaldırılmasında köməkçi reproduktiv texnologiyaların rolu" mövzusunda konfrans keçirilib
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Hemofiliya və Digər Qeyri İnfeksion Genetik Xəstəliklərə Həsr Edilmiş Elmi – Praktik Konfrans keçirilib.
Tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, TƏBİB-in Tibbi fəaliyyətinin Təşkili Departamentinin müdiri Teymur Mirzəbəyli , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov iştirak ediblər. Konfransda çıxış edən genetiklər, hematoloqlar, pediatrlar, mama ginekoloqlar tərəfindən hemofiliya və digər genetik qan xəstəliklərinin törətdiyi fəsadlar və Azərbaycanın Milli Genofondunun Sağlamlığının qorunmasına dair maraqlı mövzular müzakirə edilib. Bundan başqa, hemofiliyanın statistikası, müasir müalicəsi haqqında Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri hematoloq Dr. Naida Hüseynzadə və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Pediatrik Hematologiya şöbəsinin müdiri Dr. Sevil Cəlilovanın məruzaləri dinlənilib. Həkim - genetik Dr. Ağa Rza Ağayev irsi xəstəliklərin səbəbi barədə fikirlərini bölüşüb. Tədbirdə Mərkəzi Klinikanın Mama-ginekologiya və İVF şöbəsinin müdiri Dr. Mahirə İsmayılova, EGE Hospital Qadın xəstəlikləri və doğum uzmanı, Dr. İlhamə Eldarova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin mütəxəssisi Dr. Tural Qulu, Şirvan şəhər xəstəxanasının Xəstə xidmətləri şöbəsinin müdiri Dr. Təranə Cəlilova çıxış ediblər. Vurğulanıb ki, Azərbaycanda qeyri infeksion genetik qan xəstəliklərinin təxmini sayı əhalinin 0,0003%-ni təşkil edir və onların müalicələri Dövlət Proqramları çərçivəsində həyata keçir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

