Sülhə yaxınlaşırıq...
08.02.2025 [11:10]
Bölgə yeni inkişaf mərhələsinin astanasındadır
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Özünün məntiqi nəticəsinə yaxınlaşan proses bu gün yeni iqtisadi-siyasi nizamda daha vacib elementləri ilə seçilir. Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün sülh həm də bir əsasa çevrilir. Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir. Bəli, sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz geoiqtisadi məkanını inşa edir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi və siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur.
Ermənistanın üzərinə düşən missiya isə Azərbaycanın sülh təşəbbüslərinə səmimi şəkildə cavab verməkdir. İrəvan anlamalıdır ki, sülh onlar üçün ən real çıxış yolu, inkişaf üçün fürsətdir.
Ermənistandan növbəti sülh açıqlaması...
Yeri gəlmişkən, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan isə deyib ki, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər: “İl ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirik, buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”. Ovannisyan həmçinin qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var: “Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”.
Təbii ki, Ermənistanın siyasi rəhbərliyindən bu kimi açıqlamaların çox şahidi olmuşuq - indiki məqamda, bu tip bəyanatlar daha çox manipulyativ xarakter daşıyır. Çünki sülh haqqında danışan bir ölkənin aktiv silahlanması birmənalı qarşılana bilməz. Fransanın əli ilə silahlandırılan Ermənistan bölgədə stabilliyə deyil, daha çox qeyri-stabilliyə yol açır. Bu isə gələcək üçün mühüm təhlükələrdən xəbər verir. Ən azından, bölgədə davamlı sülhün formalaşdırılmaması, əməkdaşlıq müstəvisinin yaradılmaması regionla bağlı iqtisadi layihələrin icrasını gecikdirir.
İrəli sürülən şərtlər...
Paralel olaraq Ermənistan sülh fikirlərində səmimidirsə, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməlidir - sülh üçün əsas amillər isə hələ də açıq qalmaqdadır. Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərtdən biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. İlk növbədə Ermənistan əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülh üçün ilkin və əsaslı şərt məhz budur - bunun üçün isə Ermənistan konstitusiyasında dəyişikliklərin edilməlidir.
Digər məqam isə, vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll oluna bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk Qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.
Kommunikasiyaların işə düşməsi...
Ovannisyanın kommunikasiyaların açılması ilə bağlı Ermənistanın yanaşmalarının konstruktiv olması ilə bağlı fikrinə gəldikdə isə, İrəvan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyə riayət edəcəyi təqdirdə daha yüksək iqtisadi imkanlar əldə edəcək. Vurğulayaq ki, dəhlizin fəaliyyətə başlaması perspektivində regionun tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan 3 beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmdə gəlirlər əldə edəcək.
Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması digər region dövlətləri, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Şərq-Qərb və Şimal-Cənub magistral xəttinin qovşağında yerləşən Azərbaycanın yaratdığı imkanlarla Ermənistan da özünün iqtisadi imkanlarını inkişaf etdirə biləcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

