Azərbaycan tanımır!
18.02.2025 [11:38]
XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb
Xəbər verildiyi kimi, cari il fevralın 15-də qonşu Gürcüstanın Abxaziya bölgəsində qondarma prezident seçkiləri keçirilib. Seçkilərdə beş namizədin mübarizə apardığı bildirilir. Separatçı rejimin “Mərkəzi Seçki Komissiyasının” sədri Dmitri Marşan ikinci turun keçirləcəyini bildirib. Onun sözlərinə görə, ikinci turun keçirilməsinin səbəbi ilk turda heç bir namizədin seçkiləri qazanmaq üçün lazımi səs çoxluğunu əldə etməməsidir. “Buna görə də təkrar səsvermə keçiriləcək. İkinci turda Badra Gunba və Adqur Ardzinba iştirak edəcəklər”, - deyə Dmitri Marşan bildirib.
Rəsmi Bakının birmənalı mövqeyi
Rəsmi Bakının bəhs olunan “seçkilərə” münasibəti birmənalı olub. Belə ki, Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, - deyə sənəddə qeyd olunub.
Öz növbəsində Gürcüstanın Xarici İşlər Nazirliyi də Abxaziyada keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb. Qurum separatçı Abxaziyada təşkil olunan səsverməni Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə növbəti təcavüz cəhdi adlandırıb.
Bəyanatda qeyd olunub ki, “seçkilər” Abxaziyanın qanunsuz işğalı və faktiki ilhaqına doğru atılmış addımların qanuniləşdirilməsi üçün növbəti uğursuz cəhddir. Bildirilib ki, Abxaziya bölgəsində etnik soyqırımı nəticəsində yüz minlərlə insanın məcburi köçkün və qaçqın düşməsi fonunda qondarma seçkilər beynəlxalq hüququn fundamental normalar və prinsiplərinə ziddir, onların heç bir hüquqi nəticəsi ola bilməz.
Rəsmi Tbilisi beynəlxalq ictimaiyyəti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətləri düzgün qiymətləndirməyə və lazımi cavab verməyə çağırıb.
Azərbaycan sübut etdi ki...
Azərbaycanın Abxaziyada keçirilən “seçkilərə” gecikmədən birmənalı münasibət bildirməsi səbəbsiz deyil. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan da zamanında separatizmdən əziyyət çəkib. Ermənistan tərəfindən Qarabağda yaradılan separatçı rejim üç onillik ərzində ölkəmizin Konstitusiya quruluşunu pozub, qondarma təsisatlar yaradıb, özbaşına parlament və prezident “ seçkiləri” keçirib. Güclü Azərbaycan 2023-cü il sentyabrın 19-20-də keçirdiyi uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində sübut etdi ki, suveren dövlətin ərazisində separatçı rejim mövcud ola bilməz.
Azərbaycanda olduğu kimi, Gürcüstanda da separatizm meyilləri ötən əsrin doxsanıncı illərinin əvvələrindən başlayıb. O dövrdə keçmiş ittifaqın süqutu fonunda milli dövlətlər təhdidlərə məruz qalırdılar. Həm Azərbaycanda, həm də Gürcüstanda separatizm ocaqları da məhz qərəzli məqsədlərə hesablanaraq yaradılmışdı. 2008-ci ildə rəsmi Tbilisi öz ərazilərində separatizmə son qoymağa cəhd göstərsə də, istəyinə nail ola bilmədi, əksinə beş günlük müharibə nəticəsində torpaq itkilərinə məruz qaldı. Gürcüstanın hazırkı rəhbərliyi müstəqillik və suverenlik prinsipini önə çəkərək ölkənin ərazi bütövlüyünü sülh yolu ilə təmin etmək niyyətində olduğunu bildirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

