Ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir
26.05.2026 [12:10]
Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Son illər bu vacib sahənin ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına töhfəsi getdikcə artır. Hələ zamanında Ümummlilli Lider Heydər Əliyevin gərgin əməyi sayəsində istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, ehtiyatlardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ulu öndər tərəfindən qoyulmuş aqrar strategiya hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirə zamanı aqrar və su təsərrüfatında mövcud islahatlar, eləcə də "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” müzakirə edilib.
Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı aqrar sahənin ölkə iqtisadiyyatında mühüm yer tutduğunu bir daha göstərmişdir. Dövlət başçısının "Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir” fikri dövlətin aqrar sektorun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini ifadə edir. Azərbaycanda kənd təsərrüfatı əhalinin məşğulluğunun təmin olunmasında və ərzaq təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Dövlət tərəfindən fermerlərə göstərilən dəstək, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi və müasir texnologiyaların tətbiqi aqrar sahənin inkişafına müsbət təsir göstərir. Məhz bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.
Dövlət başçısının müşavirədə vurğuladığı əsas məsələlərdən biri də kənd təsərrüfatının modernləşdirilməsi olmuşdur. Müasir suvarma sistemlərinin qurulması, yeni texnikaların istifadəsi və innovativ üsulların tətbiqi kənd təsərrüfatının daha səmərəli inkişafına imkan yaradır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində kənd yerlərində infrastrukturun yaxşılaşdırılması kənd əhalisinin rifahına mühüm töhfə verir. Kənd təsərrüfatının inkişafı ixrac potensialının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Yerli məhsulların xarici bazarlara çıxarılması ölkə iqtisadiyyatının güclənməsinə və qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti aqrar sahənin davamlı inkişafını təmin etməyə yönəlmişdir.
Müşavirədə ölkəmizdə bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlərə diqqət yönəldildi. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də diqqətdə saxlanılan əsas məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir ki, bunun üçün həmin ərazilərin malik olduğu iqtisadi potensial nəzərə alınır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflər və onların icra mexanizmləri öz əksini tapıb”.
Qeyd etmək lazımdır ki, görülən və görüləcək tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir: “Dövlət başçısı İlham Əliyevin 25 may 2026-cı il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı da özündə mühüm məqamları ehtiva edir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanıb. Bu sənəd 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidin təmin edilməsi nəzərdə tutulur.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17

